Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Həmsədr: “Hərtərəfli həllə orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılması daxildir”

Aprel 07
19:19 2016

“Biz danışıqların dərhal bərpasına və davamlı sülhə nail olmağa çağırırıq. Tərəflər masa arxasına oturmalıdırlar. Burada hər hansı ritorika və bəyanatlardan söhbət getmir. Görüş qərarı prezidentlərdən asılıdırlar. Biz bunu hər zaman təklif edirik və buna məmnuniyyətlə hazırıq”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

C. Uorlik bildirib ki, hərtərəfli həllə orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılması daxildir: “Amma Qarabağın statusunun da muəyyənləşməsi lazımdır. Hərtərəfli həllə çox məsələ daxildir, tərəflər buna bütöv məsələ kimi baxmalıdırlar”.

Diplomat Minsk qrupu ilə bağlı Azərbaycan xalqınının məyusluğununun başa düşülən olduğunu deyib: “Azərbaycan xalqı 20 ildən çox davam edən münaqişə ilə üz-üzədir. Amma Ermənistanda da bu məyusluq var. Həll yolu müharibə deyil. Bilirəm, asan deyil, amma yeganə həll yolu sülhdür”.

Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın düşməndən alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər