Həmsədrlər Qarabağda keçiriləcək qondarma “parlament seçkisi”ni tanımır
683 dəfə baxılıb
ATƏT-in Minsk Qrupu (MQ) Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları aktivləşdirməyə çağırır.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bu barədə MQ həmsədrlərinin ATƏT-in saytında yayımlanan bəyanatında deyilir.
“Biz Azərbaycan və Ermənistan prezidentlərinin dialoqunun vacibliyini vurğulamışıq və prezidentlər arasında bu ilin sonuna planlaşdırılan görüşə hazırlığı davam etdirmişik. Nazirlər də prezidentlərin görüşünə gündəliyi formalaşdırmaq məqsədilə bir-biri ilə həmsədrlərlə birlikdə görüşməyə razılaşıblar və həmsədrlərin bölgəyə yeni səfərini alqışlayıblar”, – deyə bəyanatda qeyd olunur.
Həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində mayın 3-nə təyin olunmuş qondarma “parlament seçkiləri”nə toxunulub və qeyd olunub ki, bu “seçkiləri” dünyada heç bir ölkə tanımır.
Bəyanatda Azərbaycan və Ermənistan XİN başçılarının aprelin 30-da Parisdə həmsədrlərlə və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiklə görüşünə də toxunulub. Görüşdə nazirlər Fransa Prezidenti Fransua Ollandın İrəvan və Bakıda Serj Sarkisyan və İlham Əliyevlə keçirdiyi görüşlərdən danışıblar.
“Üç həmsədr ölkədən heç biri, ya da başqa bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Müvafiq olaraq, biz bu “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edən nəticələr kimi tanımırıq və qeyd edirik ki, bu, Dağlıq Qarabağın yekun statusu ilə bağlı məsələni və ya cari danışıqların gedişatını qabaqcadan heç bir şəkildə təyin edə bilməz”.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)