Hərbçimiz şəhid olub
May 17
15:04
2016
717 dəfə baxılıb
Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəs rejiminin pozması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib. Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə, o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um!” (Buxari)