Hərbi attaşelər cəbhə bölgəsində – Düşmənin qadağan olunmuş silahdan istifadəsi aşkarlanıb
1. 164 dəfə baxılıb
Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub.
Bu gün Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunması müəyyən edilib: “Bu da beynəlxalq konvensiyalarla qadağan olunmuş silahdır. Kifayət qədər təhlükəli xarakter daşıyır. Bu faktla əlaqədar olaraq XİN və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin hadisə yerinə səfəri təşkil olunub. Onlar yerindəcə ermənilər tərəfindən fosforlu silahın istifadəsi ilə tanış olacaqlar. ANAMA mütəxəssisləri tərəfindən də mərminin təfərrüatları izah olunacaq”.
Qeyd: attaşe: [fr.] dipl. Bir ölkənin başqa ölkədəki diplomatik nümayəndəliyində müəyyən sahə üzrə mütəxəssis konsultant kimi çalışan diplomatik işçi. Hərbi attaşe. Mətbuat attaşesi. Ticarət attaşesi. (İzahlı lüğət).
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)
Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi tezliklə qaytarmaqda bizə yardımçı olsun… Amin!