Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Hərbi Hava Qüvvələrimizin təyyarələri Türkiyə səmasında

Mart 03
18:15 2015

Azərbaycan Hərbi Hava Qüvvələrinin xaricdə qatıldığı ilk manevr olan “TURAZ Şahini 2015” Türkiyənin Konya şəhərində başlayıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Türkiyənin təlimlərdə F-16, F-4E 2020, E-7T (HİK) qırıcıları və AS-532, UH-1H vertolyotu iştirak edir. Azərbaycan Hərbi Hava Qüvvələri isə MİQ-29, SU-25 təyyarələri və MI-17 vertolyotu ilə təlimlərə qatılıb.

106 hərbçimizin iştirak etdiyi təlimdə əsas məqsəd iki ölkə arasında qarşılıqlı uçuş təhsilinin səviyyəsinin yüksəldilməsidir.

Qeyd edək ki, Azərbaycan Hava qüvvələrinə aid təyyarələr ilk dəfə Türkiyədə təlimlərə qatılıb.

Təlimlər aprelin 2-nə qədər davam edəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər