Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Heydər Əliyev Fondu 5 aylıq uşağı müalicə edəcək

Avqust 29
17:26 2014

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondundan ANSPRESS-ə verilən məlumata görə, Fondunun prezidenti Mehriban Əliyeva 5 aylıq Azər Əlizadənin müayinə və müalicəsini nəzarətə götürüb.

Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondunun nümayəndələri bu gün A.Əlizadənin atası Ruslan Əlizadə ilə görüşərək uşağın səhhəti, bu vaxtadək aparılmış müayinələrin nəticəsi ilə maraqlanıblar.

Qeyd edək ki, avqustun 27-də A.Əlizadənin atası R.Əlizadə müraciət edərək Azərbaycanın özəl klinikalarının birində sağ gözündən ciddi zədə almış körpənin müalicəsi üçün yardım istəmişdi.

Bu müraciətdən sonra keçirilən görüşdə bildirilib ki, A.Əlizadənin müalicəsi ilə bağlı bütün məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürür.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə

Digər xəbərlər