Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirib
1. 231 dəfə baxılıb
Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin birgə təşəbbüsü ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
Gün.Az Fondun rəsmi saytına istinadən xəbər verir ki, aksiya zamanı bu il iyunun 5-də T.Şıxəliyev 20 və K.Kazımzadə 7 küçələrinin
kəsişməsindəki ünvanda baş vermiş yanğın nəticəsində məhv olmuş 22 eldar şamı və zeytun ağacı əvəzinə 30 ədəd şam ağacı əkilib.
Aksiyanın keçirilməsində əsas məqsəd yanğın zamanı ərazidə məhv olmuş yaşıllıq zolağının bərpası, ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsinə, buradakı mövcud torpaq qatının münbitləşdirilməsinə töhfə verilməsi, insanlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğidir.
Ağacəkmə aksiyasında Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi ilə yanaşı, Nərimanov Rayon İcra Hakimiyyətini nümayəndələri də iştirak ediblər.
Sələf Xəbər: Ənəs bin Malik Peyğəmbərdən (Allahın ona salavat və salamı
olsun) belə rəvayət edir: “Qiyamət qopduğu vaxt sizdən birinizin əlində bir ağac fidanı olarsa, qiyamət qopmazdan əvvəl onu əkməyə gücü çatarsa, əksin!” (Buxari “Ədəbul-Mufrad”da və İmam Əhməd rəvayət edib, Şuaybəl-Ərnəvut hədisi səhihləşdirib).