Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Heydər Əliyev Fondu yeni məktəblilərə hədiyyə etdi

Sentyabr 12
17:09 2014

“Sələf Xəbər” Heydər Əliyev Fondunun rəsmi səhifəsinə istinadla xəbər verir ki, Fond 2014-2015-ci tədris ili ərəfəsində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri üçün nəzərdə tutulmuş 10 min çanta və dərs ləvazimatını məktəblərə paylayıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və məktəb ləvazimatları hədiyyə edir.

“Təhsilə dəstək” layihəsi təhsil müəssisələrinin yeni dərslik və tədris vəsaitləri ilə təmin edilməsini, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasını, təhsilin keyfiyyət səviyyəsinin artırılmasına xidmət edən tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə

Digər xəbərlər