Heydər Əliyev Fondundan uşaqlara daha bir hədiyyə
Avqust 28
14:25
2014
865 dəfə baxılıb
Yasamal Rayon İcra Hakimiyyətindən AzərTAc-a verilən xəbərə görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə A. M. Şərifzadə küçəsindəki 146 A, 148, 150, 154 və 156 nömrəli binaların yaxınlığında körpələr evi-uşaq bağçasının tikintisinə başlanılıb.
Bu tikinti, paytaxtın Yasamal rayonunun məktəbəqədər müəssisələrində sıxlıq probleminin həlli istiqamətində davam etdirilən tədbirlərdən biridir.
Bundan əlavə, rayon icra hakimiyyəti tərəfindən 2 nümunəvi məhəllə yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada onların istirahəti üçün lazımi şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.