Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Heydər Əliyev Fondunun himayəsi altında olan mürəkkəb ürək qüsurlu uşaqlar əməliyyat olunub

İyul 28
17:05 2014

Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar xəstəlikləri Mərkəzindən Bakupost-a verilən məlumata görə, Heydər Əliyev Fondunun himayəsi altında olan və mürəkkəb ürək qüsurundan əziyyət çəkən daha 10 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Bu əməliyyatlar mərkəzin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərlik etdiyi Azərbaycan, İtaliya və Almaniyanın yüksək ixtisaslı mütəxəssisləri tərəfindən həyata keçirilib.

Məlumatda qeyd olunub ki, Ramazan bayramı ərəfəsində uşaqların sağlamlıqlarına qovuşması Azərbaycanda xeyriyyəçilik ənənəsinin davam etdiyini və gələcək nəsillərə olan daimi qayğı və diqqətin ən yüksək səviyyədə olduğunu sübut edir.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

(Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə)

Digər xəbərlər