Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ağacların kəsilməsini dayandırdı

Avqust 18
15:35 2014

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, KİV-də Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə informasiya Fondun prezidenti Mehriban Əliyevanın kəskin reaksiyasına səbəb olub.

Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları dərhal ağacların kəsildiyi ərazidə olublar. Qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb. Dövlət nümayəndələri ərazidə olub. Hadisə ilə bağlı ciddi araşdırmaya başlanılıb.

 Sələf Xəbər: Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş ,insan və ya heyvan yeyərsə bu becərən kimsənin sədəqəsi sayılar.” (Buxari və Muslim).

Əziz müsəlmanlar, Uca Allahdan bizim bu gözəl ölkəmizi qorumasını istəyirik. Rəbbimizdən, bizlərə bəxş etdiyi bu gözəl təbiəti qorumağa istək, arzu və əməl diləyirik. Amin!

Digər xəbərlər