Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti xüsusi məktəblərə baş çəkib

Oktyabr 10
19:06 2014

“Sələf Xəbər”-in Heydər Əliyev Fonduna istinadən verdiyi məlumata görə, dünən Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə təhsil şəraiti ilə tanış olub.

Leyla Əliyeva uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb. Şagirdlərə kompüterlər, dərs ləvazimatları, çantalar hədiyyə olunub.

1927-ci ildən fəaliyyət göstərən məktəbdə əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 930 şagird təhsil alır. Onlardan 130-na məktəbdə, qalanlarına isə evlərdə fərdi qaydada dərs keçilir.

Azərbaycan və rus bölmələrinin olduğu xüsusi məktəb Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2003-cü ildə əsaslı təmir edilib.

Leyla Əliyeva Qaradağ rayonundakı 6 nömrəli uşaq somatik sanatoriyasında olub. Leyla Əliyeva uşaqlarla süfrə arxasında söhbət edib. Uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

50 çarpayılıq bu tibb müəssisəsinə uşaqlar xüsusi göndərişlə gəlirlər. Sanatoriyada stasionar və ambulator müayinədən sonra uşaqlar reabilitasiya məqsədi ilə sanator-müalicə prosesi keçirlər. Hazırda sanatoriyada 2 ay müddətinə 34 uşaq müalicə alır. Onlara 35 nəfərdən ibarət tibbi heyət xidmət edir.

Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində olub. İnternat məktəbində yaradılmış şəraitlə tanış olan vitse-prezident məktəbin yeməkxanasına baş çəkib, süfrə arxasında şagirdlərlə söhbət edib.

1961-ci ildәn fәaliyyәt göstәrәn bu təhsil ocağı 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulub. Məktəbdə 267 şagird tәhsil alır. Şagirdlәrdәn 145-i tamamilә görmәyәn, digərləri isə zәif görәnlәrdir.

Məktəbdə Azərbaycanın bütün bölgәlәrindәn 6 yaşdan 20 yaşa qәdәr uşaqlar tәhsil alır. Bölgələrdən gələn uşaqlar mәktәbin 120 nәfәrlik yataqxanasında qalırlar. Məktəb şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi avadanlıqla təmin edilib.

Şagirdlərə Heydər Əliyev Fondu tərəfindən yeni kompüterlər hədiyyə olunub.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə

Digər xəbərlər