Heydər məscidi mühafizə olunmalı obyektlərin siyahısındadır
![](http://selefxeber.az/wp-content/uploads/2015/04/sx-news-2031-680x355.jpg)
Aprel 16
21:01
2015
698 dəfə baxılıb
Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik ediməsi barədə qərar verib.
“Sələf Xəbər” Lent.az-a istinadən məlumat verir ki, qərara əsasən, Bakıdakı Heydər məscidi mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.
Baş nazirin qərarı imzalandığı gündən qüvvəyə minib.
Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)