Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Heydər” məscidi gündəlik ibadətə açıldı

Dekabr 15
17:14 2015

Məsciddə Cümə namazlarına öndərliyi QMİ-nin qaziləri və səlahiyyətli nümayəndələri edəcəklər.

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Heydər məscidi gündəlik ibadət üçün açılıb.

“Sələf Xəbər” “Report”a istinadən bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, “Heydər” Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli məlumat verib.
Onun sözlərinə görə, məsciddə gündəlik namazlar qılınır. Şiə əhlinin qıldığı namaza Bakı İslam Universitetinin məzunu hacı Rüfət Qarayev axundluq edir. Sünni camaatına isə hacı Hafiz Abbasov imamlıq edir.

S.Həsənli onu da bildirib ki, qılınan Cümə namazlarına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qaziləri və səlahiyyətli nümayəndələri növbə ilə öndərlik edəcəklər.

Sələf Xəbər: Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi”. (“Cümə xütbələrinin toplusu”)

Digər xəbərlər