“Heydər” məscidinin rəhbəri Hacı Sabir əvvəlki vəzifələrini də icra edəcək
Mart 04
17:29
2015
928 dəfə baxılıb
QMİ: Heydər məscidinə rəhbər təyin olunan Hacı Sabir Həsənli əvvəlki vəzifələrində də qalır.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qafqazın ən böyük məscidi “Heydər” məscidinə yeni təyinata rəsmi münasibət bildirib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, QMİ-nin mətbuat xidmətindən təsdiqlənib ki, Hacı Sabir Həsənli öz vəzifələrində qalmaq şərti ilə yeni məscidə sədr təyin olunub.
H. Həsənli Bakı İslam Univeristetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini vəzifələrində də qalıb.
Yeni məscidə axund və imam təyinatı isə hələlik olmayıb.
Sələf Xəbər: Məşhur orta əsr alimi Əhməd ibn Abdu Saləm (Allah ona rəhmət etsin) demişdir: “Məscidlər ümmətin toplandığı yer olub. Orada rəhbər imamlarla görüşmək olardı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz hörmətli məscidini təqva əsasında qurub. Orada namaz qılar, Quran oxuyar, Allahı zikr edər, elm alar və nitq və xütbə söyləyərdilər. Beləliklə, müsəlmanlar öz dinləri və dünyəvi həyatları ilə əlaqəli hər hansı mühüm məsələ səbəbilə məsciddə toplaşardılar”. (“Cümə xütbələri toplusu”)