Hökumət üzvləri hansı ixtisasa yiyələniblər?
813 dəfə baxılıb
Azərbaycanın Nazirlər Kabinetinin üzvləri hansı ixtisasların sahibidir?
“Sələf Xəbər” Avropa.infoya istinadən bu barədə hazırlanmış arayışı təqdim edir:
Baş nazir Artur Rasizadə — Neft Maşınqayırma mütəxəssisi
Baş nazirin birinci müavini Yaqub Eyyubov — İnşaat mühəndisi
Baş nazirin müavini Abid Şərifov — İnşaat mühəndisi
Baş nazirin müavini Elçin Əfəndiyev — Filoloq
Baş nazirin müavini Əli Əhmədov —Tarixçi
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov — Mexanik, Politoloq (ikinci ixtisas)
Baş nazirin müavini İsmət Abasov — iqtisadçı
Xarici işlər naziri Elmar Məmmədyarov — Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq mütəxəssisi
Daxili İşlər naziri Ramil Usubov — hüquqşünas
Milli Təhlükəsizlik naziri Eldar Mahmudov — maliyyəçi, hüquqşünas (ikinci ixtisas)
Müdafiə naziri Zakir Həsənov — hərbçi
Müdafiə Sənayesi naziri Yavər Camalov — Neft və Qazçıxarma mütəxəssisi
Ədliyyə naziri Fikrət Məmmədov — hüquqşünas, politoloq (ikinci ixtisas)
Maliyyə naziri Samir Şərifov — Beynəlxalq İqtisadi Əlaqələr mütəxəssisi
Vergilər naziri Fazil Məmmədov — maliyyəçi
İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev – iqtisadçı
Energetika naziri Natiq Əliyev — geoloq
Əmək və Əhalinin Sosial müdafiəsi naziri Səlim Müslümov — iqtisadçı
Kənd təsərrüfatı naziri Heydər Əsədov — iqtisadçı
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov — Tarixçi
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev — xarici dillər mütəxəssisi
Təhsil naziri Mikayıl Cabbarov — hüquqşünas, iqtisadçı (ikinci ixtisas)
Səhiyyə naziri Oqtay Şirəliyev — həkim
Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov — Avtomatika və Telemexanika mütəxəssisi
Gənclər və İdman naziri Azad Rəhimov — ingilis dili mütəxəssisi
Nəqliyyat naziri Ziya Məmmədov — Dəmiryol nəqliyyatı mütəxəssisi
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov — geoloq, beynəlxalq hüquq mütəxəssisi (ikinci ixtisas)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova – Tarixçi
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov — mühəndis-mexanik
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı — Tarixçi
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev — hüquqşünas
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov — həkim
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov — inşaat mühəndisi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov — iqtisadçı
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı — iqtisadçı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov — beynəlxalq əlaqələr mütəxəssisi
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev — kimyaçı, hüquqşünas (ikinci ixtisas)
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev — hərbçi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov — hərbçi
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev — Tarixçi
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov — Mühəndis-gəmi sürücüsü, uzaq səfərlər kapitanı.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)
“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir”.(Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından, 77/12)