Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Huffington Post: Leyla Əliyeva ətraf mühiti qorumaq istiqamətində səyləri artırmağa çağırdı

İyul 23
11:21 2014

ABŞ-ın “American Prairie Reserve” qoruğunun prezidenti Şon Gerriti Huffington Post üçün yazdığı məqalədə ətraf mühitin mühafizəsi üzrə səylərdən bəhs edir.

“Keçən ay mən Bakıda vəhşi təbiət mövzusunda geniş konfransda çıxış etdim. Azərbaycana məni IDEA İctimai Birliyinin sədri Leyla Əliyeva dəvət etmişdi.”, – ekspert yazır. – Tədbirə məndən başqa 750 iştirakçı və məruzəçi dəvət edilmişdi. Leyla Əliyeva öz nitqində bizi, ələlxüsus cavan nəsli, ətraf mühitin qorunması istiqamətində səylərimizi artırmağa çağırdı.”

O, həmçinin qeyd edib ki, Azərbaycan ətraf mühitin qorunub saxlanılması üçün ambisiyalı tədbirlər seçir. Şon Gerritinin fikrincə, ölkəmiz Montana ştatı kimi topoqrafik cəhətdən fərqli və gözəldir. Lakin, o, “təbiət qoynunda nahar sonrası pikniklərə” deyil, ekoloji istirahətə üstünlük verən turist və yerli vətəndaşların yerləşdirilməsi üçün kempinq və digər obyektlərin inkişaflı infrastrukturuna ehtiyac olduğunu vurğulayır.

“Leyla Əliyevanın əsas hədəfi Qafqaz regionunda vəhşi təbiətə önəm verən yeni ətraf mühit qoruyucuları qrupu yaratmaqdır. O inanır ki, bunu etməyin başlıca yolu – gənc nəsli mühafizə olunan ərazilər yaratmağa cəlb etməkdir.”, – Şon Gerriti yazır.

 Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.

Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Müqəddəs Quran, “Loğman” surəsi, 20-ci ayə).

Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır. Məsələ bununla da bitmir. Rəbbin nemətinə nankor olanlar Onun qəzəbinə düçar olar.

Uca Allah buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 211-ci ayə).

Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş ,insan və ya heyvan yeyərsə bu becərən kimsənin sədəqəsi sayılar.” (Buxari və Muslim).

Əziz müsəlmanlar, Uca Allahdan bizim bu gözəl ölkəmizi qorumasını istəyirik. Rəbbimizdən, bizlərə bəxş etdiyi bu gözəl təbiəti qorumağa istək, arzu və əməl diləyirik. Amin!

Digər xəbərlər