Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“İçki məclisləri yığışdırılmalıdır” – millət vəkili

Sentyabr 20
11:44 2014

“Sələf Xəbər”-in məlumatına görə, millət vəkili Fazil Mustafa sünnət toylarının ləğv olunmasına dair AzVision.az-a açıqlamasında bildirib ki, sünnət toylarını milli adət-ənənəyə uyğun keçirmək istəyənlər, həmin toylarda içki məclislərini yığışdırmalıdır.

“Çünki bu müsəlmanlıqla bağlıdırsa, müsəlmanlıq içkini haram sayır. Müsəlmanlıqla bağlı olmadığını fikirləşirlərsə, bunu adını sünnət toyu yox, elə kef məclisi qoyub keçirə bilərlər. Düşünürəm ki, sünnət toylarının təmtəraqlı keçirilməsi yanlışdır.

Amma insanların fikri müxtəlifdir və hamını buna sövq etmək olmaz. Xüsusilə toylarda menyular məsələsinə baxılmalı və qiymətlər azaldılmalıdır. Əks halda bu vəziyyət böyük bir vətəndaş soyğunçuluğuna gətirib çıxaracaq”, deyə F.Mustafa vurğulayıb.

 Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir.
Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sərxoşedici içkilər — bütün şərlərin açarıdır.” (İbn Macə).

Digər xəbərlər