Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İƏT baş katibinin Xocalı soyqırımı ilə bağlı vacib açıqlaması

Fevral 19
18:04 2016

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Madani 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, İƏT baş katibi Xocalıda baş verənlərin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində meydana gəldiyini bildirib. O, 2015-ci ilin mayında Küveytdə keçirilən İƏT-in Xarici İşlər Nazirləri Şurasının 42-ci sessiyasında Xocalı hadisələrini pisləyən qətnamə qəbul etdiklərini də xatırladıb.

Məlumatda qeyd edilir ki, İƏT-in Baş Katibliyi Azərbaycanın işğalı dayandırmaq və ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirdiyi bütün təşəbbüs və səylərə dəstək verir və gələcəkdə də verəcək.

Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın düşmənlərdən alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər