İƏT-in Baş katibi: “Azərbaycan daim inkişaf edən ölkədir”
672 dəfə baxılıb
“Bəzi dairələr iddia edə bilərlər ki, multikulturalizm uçuruma gedir. Amma biz bu ziddiyyətləri aradan qaldırmalıyıq”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni deyib. O bildirib ki, Azərbaycan daim inkişaf edən ölkədir: “Biz çətin bir dövrdə yaşayırıq. Belə bir dövrdə güclü rəhbərə mütləq şəkildə ehtiyac var”.
Baş katib Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq etdiklərini söyləyib: “Bu kimi forumların keçirilməsi bizə lazımdır. Yohannesburqda keçirilən davamlı inkişaf sammitindən sonra iqtisadi inkişaf və davamlılıqda mədəniyyətin xüsusi rola malik olduğu bildirilmişdi. İslam Əməkdaşlıq Təşkilatı bu proseslərə sadiqdir və tərəfdaş şəklində çıxış edir. Fikrimcə, bu, ən təxirəsalınmaz məsələdir. Mədəniyyətlərarası dialoq sahəsində gücümüzü birləşdirməli və fikirlərimizi digər ölkələrə, insanlara çatdırmalıyıq. Biz problemlərin həllinə çalışmalı, birliyimizi qorumalıyıq. Biz əgər layiqli vətəndaş olmaq istəyiriksə, təkcə işləyib evimizə getməklə kifayətlənməməli, müxtəlif fikirlərimizi paylaşmalıyıq. Biz hər bir mədəniyyət hüququnu təmin etməli, Afrika haqqında düşünməli, oradakı problemlərin aradan qaldırılmasına xidmət etməliyik. Bu çətinliklər cəmiyyətimizi risklə üzbəüz qoyur, bu fərqlər qarşıdurmaya səbəb olur. Biz tək yaşamalı deyil, fikirlərimizi paylaşmalı və tərəfdaş olmalıyıq”.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)