İƏT-in növbəti iclası Küveytdə baş tutacaq
May 14
19:00
2015
702 dəfə baxılıb
İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısı mayın 27-29-da Küveytdə keçiriləcək.
“Sələf Xəbər” bildirir ki, bu barədə APA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən tədbirin gündəliyi hələlik tam müəyyənləşməyib.
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun da görüşdə iştirakı gözlənilir.
Xatırladaq ki, Şuranın 41-ci iclası 2014-cü ilin 18-19 iyununda Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilib.
Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!