Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əiyev (Allah onu qüvvətləndirsin): “Qarşılıqlı əməkdaşlığı və sülhü təşviq etməliyik”

Mart 10
15:47 2016

“Digər ölkələrin daxili işlərinə qarışmanın yaratdığı çətinliklər o problemləri yaradan ölkələr üçün də çətinliklərə yol açır”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu bu gün keçirilən IV Qlobal Bakı Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) deyib. Dövlət başçısı bildirib ki, hər bir beynəlxalq forumun səviyyəsi iştirakçılardan asılıdır: “Forumda 50-dən artıq hazırkı və sabiq dövlət və hökumət başçısı iştirak edir. Hazırda regionumuzda da münasibətlər kəskinləşir, köhnə münaqişələr həllini tapmayıb, yeni münaqişə ocaqları yaranır. Bizim əsas məqsədimiz öz rolumuzu bir hökumət, siyasətçi kimi oynamaqdan ibarətdir. Çalışmalıyıq ki, əməkdaşlıq və qarşılıqlı hörmət yaradaq. Orta Şərqdə, Avropada olan vəziyyət, qaçqınlar məsələsi son illər qarşılaşdığımız problemlərdir. Forumda bu məsələlər nəzərdən keçiriləcək. İştirakçıların bilik və səviyyəsi bu problemlərdən çıxış yolu tapmağa kömək edə bilər. Qarşılıqlı əməkdaşlıq və sülhü təşviq etməliyik”.

Prezident İlham Əliyev bildirib ki, dünyanın müxtəlif yerlərində müxtəlif addımlar atılır: “Qaçqınlar böhranı göstərdi ki, biz hamımız bir-birimizlə bağlıyıq. Digər ölkələrin daxili işlərinə qarışmanın yaratdığı çətinliklər o problemləri yaradan ölkələr üçün də çətinliklərə yol açır. Biz hamımız bir-birimizə hörmətlə yanaşmalıyıq”.

Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir”. (Qurani-Kərim, “Həcc” surəsi, 38-ci ayə)

“Bu ayə iman gətirənlər üçün hekayət, vəd və müjdədən ibarətdir. Uca Allah onları hər pislikdən və xoşagəlməz şeylərdən qorumağı vəd etmişdir. Onlar öz imanları sayəsində, kafirlərin törədə biləcəyi şərdən, şeytanların şərindən və vəsvəsəsindən və həmçinin öz nəfslərinin və cinayətlərinin şərindən mühafizə olunurlar. Onların qismətinə öhdəsindən gələ bilməyəcəkləri çətinliklər və fəlakətlər düşməyə başladıqda, Allah onların nəsibi olacaq əzab-əziyyəti lap azaldır. Hər bir möminə belə müdafiə və şərəf onun imanının gücündən asılı olaraq göstərilir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər