İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Əfqanıstan Prezidentinə başsağlığı verdi
Mart 03
14:29
2015
695 dəfə baxılıb
“Sələf Xəbər” President.az-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə məktub ünvanlayıb:
Hörmətli cənab Prezident,
Ölkənizin şimal-şərq bölgəsində baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)