Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Ərdoğana başsağlığı verib

Fevral 18
16:25 2016

“Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik”.

Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Ankarda baş vermiş terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib.

“Sələf Xəbər” President.az-a istinadən bildirir ki, başsağlığı mətnində qeyd olunub: “Hörmətli cənab Prezident! Əziz Qardaşım! Ankara şəhərində törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu amansız hadisə terrorizmə qarşı hamılıqla mübarizənin zəruriliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə, o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um!” (Buxari)

Digər xəbərlər