İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Heydər məscidinin açılışında iştirak edib
1. 260 dəfə baxılıb
Bu gün Bakıda Heydər məscidinin açılışı olub.
“Sələf Xəbər” President.az-a istinadən məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin), xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Dövlət başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Mərasim “Qurani-Kərim” ayələrininnin oxunması ilə başlayıb.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək ölkənin həyatında əlamətdar və tarixi hadisə olan Heydər məscidinin açılışı münasibətilə təbriklərini çatdırıb.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Müslim).
İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Müslim”)