Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin): “İsrafçılığa yol verilməməlidir”

Yanvar 28
15:02 2015

“İsrafçılığa, ümumiyyətlə, yol vermək olmaz – nə həyatda, nə siyasətdə, nə də ki, iqtisadi məsələlərin həllində, o cümlədən, indiki şəraitdə”.
“Azərbaycan vətəndaş-məmur münasibətlərində də nümunəvi ölkə olmalıdır”.
“Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 565 dollar, orta pensiya 221 dollardır”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) söyləyib.

Dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirildiyi son 11 ildə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub, regionlarda 41 olimpiya-idman kompleksi, o cümlədən, 30 gənclər mərkəzi yaradılıb, məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib: “Ölkəmizdə tarixi, mədəni və dini abidələr bərpa olunur. Bir xalq kimi biz öz tarixi köklərimizə hər zaman bağlı olmalıyıq və hər bir gənc bu ruhda tərbiyə almalıdır”.

Prezident İlham Əliyev deyib ki, son 11 il ərzində paytaxt Bakıda və bölgələrdə böyük infrastruktur layihələr həyata keçirilib: “Son 11 ildə ümumi gücü 2400 MVt olan 23 elektrik stansiyası tikilib, ölkədə 64 min müəssisə yaradılıb. İndi Azərbaycanda bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min km yol çəkilib, 340 körpü və tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla, 6 aeroport inşa olunub. Son illər ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilib”.

Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars kimi nəhəng enerji və nəqliyyat layihələrinin Azərbaycanın gücünü daha da artırdığını vurğulayıb.

Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını qeyd edən Prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makroiqtisadi sabitliyin qorunub saxlanılmasının zəruri olduğunu diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, neftin qiymətinin düşməsi istər-istəməz ölkənin gəlirlərinə təsir göstərir: “Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir. Əgər əvvəlki illərdə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdiksə, artıq o dövr bitdi. İnvestisiya proqramına, ancaq prioritet məsələlər salınır. Eyni zamanda, ciddi nəzarət aparılmalıdır. Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. İsrafçılığa, ümumiyyətlə, yol vermək olmaz – nə həyatda, nə siyasətdə, nə də ki, iqtisadi məsələlərin həllində, o cümlədən indiki şəraitdə. Neftlə zəngin olan bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz büdcələrini ixtisar edirlər, özü də böyük dərəcədə. Xərcləri ixtisar edirlər. Bu da təbiidir. Hər adam yorğanına görə ayağını uzatmalıdır. Hökumətlər də, dövlətlər də eyni qayda ilə hərəkət etməlidirlər. Ona görə bir daha demək istəyirəm ki, bizim nəzarət orqanlarımız buna nəzarət etsinlər, yerlərdə israfçılığa yol verilməməlidir. Hər bir vəsaitdən böyük səmərə ilə istifadə edilməlidir ki, bizim ümumi makroiqtisadi vəziyyətimiz bundan sonra da yüksək səviyyədə olsun”.

Prezident qeyd edib ki, bu il məktəbləri, səhiyyə ocaqları və zəruri infrastruktur layihələrin icrası davam etdiriləcək, iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcək: “Eyni zamanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstək verilməsi də prioritet sahələr sırasındadır”.

Dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal edilən məhsulların xarici bazarlara çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, eyni zamanda istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması barədə də tapşırıqlar verib. Ekoloji vəziyyət və turizmin inkişafından söz açan Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı əldə olunan uğurları qeyd edib: “Vətəndaş-məmur münasibətlərində də Azərbaycan nümunəvi ölkə olmalıdır”.

Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.” (Qurani-Kərim, “Əraf” surəsi, 31-ci ayə)

“Uca Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək, çox bahalı, zərif yeməli şeylər, içkilər, paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər