İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) krala başsağlığı verdi
913 dəfə baxılıb
“Sələf Xəbər” President.az-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) İki Müqəddəs məkanın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz əl Səuda başsağlığı verib.
Başsağlığında deyilir: “İki Müqəddəs məkanın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz əl Səudun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Yüksək nüfuz sahibinə malik, özünün bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş Kral Abdullah bin Əbdüləziz əl Səud müdrik və uzaqgörən siyasətçi kimi beynəlxalq aləmdə və Səudiyyə Ərəbistanının tarixində silinməz iz qoymuşdu. O, müsəlman dünyası və xalqları arasında birlik və həmrəyliyin bərqərar olmasında böyük rol oynamışdır. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində Kral Abdullah bin Əbdüləziz əl Səudun müstəsna xidmətləri olmuşdur.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)