İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Parisdə İslamı müdafiə edib
1. 161 dəfə baxılıb
UNESCO tədbirində çıxış edən prezident, İslamı terrorizmlə bağlamağın qəbuledilməz olduğunu deyib.
Ötən gün Fransanın paytaxtı Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak ediblər.
Forumda çıxış edən dövlət başçısı əvvəlcə noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Prezident İlham Əliyev keçmişdə çoxsaylı terror hadisələrindən əziyyət çəkən Azərbaycanın terrorizmə qarşı mübarizədəki rolundan danışıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində erməni işğalının qurbanı olub: “Bu gün Avropanın qarşılaşdığı miqrasiya böhranı ilə bağlı xəbərlərə baxanda biz anlayırıq ki, bu insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Amma eyni zamanda 1991-ci, 1992-ci illəri xatırlayırıq. Həmin vaxt Azərbaycan 1 milyon insanı yerləşdirməli olmuşdu. Bu dünyada ən böyük qaçqın və məcburi köçkün axınlarından biri idi.
Dövlət başçısı Azərbaycan torpaqlarının işğalı nəticəsində tarixi, dini, mədəni abidələrin dağıdıldığını vurğulayıb: “Siz Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə dağıdılmış beş yüzdən çox tarixi və memarlıq abidələrinin şəkilləri ilə internet vasitəsi ilə tanış ola bilərsiniz. Siz Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən qorunan erməni kilsəsini də görə bilərsiniz. Bu multikulturalizmə, dini tolerantlığa yanaşmadakı fərqlilikdir. Bu onu göstərir ki terrorun, dini milliyyəti yoxdur. Buna görə də İslamı terrorizmlə bağlamaq qəbuledilməzdir.”
Daha sonra Fransa Prezidenti Fransua Olland çıxış edib. O, Parisdə törədilən son terror aktlarından bəhs edib, Fransanın terrorçulara sərt cavab verəcəyini bildirib. Fransa Prezidenti terrorizmin bəşəri dəyərlərə böyük təhdid olduğunu qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)
“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə). Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir”. (Bax: “Təfsir Əs-Saadi”)