İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Qafqaz din xadimləri ilə görüşüb
892 dəfə baxılıb
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Heydər məscidinin açılışında iştirak etmək üçün Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini qəbul edib.
“Sələf Xəbər”-in President.az-a istinadən məlumatına görə, dövlət başçısı Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gəlmiş din xadimlərinə Heydər məscidinin açılışında iştiraklarına görə təşəkkür edib və bunu xalqlarımız arasında dostluq və qardaşlığın göstəricisi kimi dəyərləndirib.
Yeni məscidin açılışını Azərbaycan üçün tarixi hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev tarix boyu xalqımızın öz dini–mənəvi dəyərlərinə sadiq qaldığını vurğulayıb.
Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev yeni məscidin açılışında iştiraka dəvətə görə minnətdarlığını bildirib.
Belə məscidlərdə hər zaman sülhün, əmin-amanlığın bərqərar olması üçün Tanrıya dua etdiklərini və dualar zamanı işğal altındakı Qarabağ torpağını unutmadıqlarını bildirən İsmayıl Berdiyev, bu məsələnin tezliklə həllini tapacağına əminliyini ifadə edib.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)