İlham Əliyev (Allah onu qorusun) Aşqabada gedir
753 dəfə baxılıb
Türkmənistan, Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Aşqabadda sammit keçiriləcək.
Üç ölkə prezidentləri Transanadolu qaz kəməri layihəsinin tikinti məsələləri üzrə müzakirələr aparacaqlar.
“Sələf Xəbər” Yenicag.az-a istinadən bildirir ki, bu barədə Türkiyə-Türkmənistan prezidentlərinin birgə bəyannaməsində qeyd olunub.
Qəbul olunan bu qərar tərəflər arasındakı danışıqların liderlər səviyyəsində müzakirəsinə gətirib çıxaracaq. Bununla yanaşı, bəyanatda ilk iclasın Türkmənistanda keçiriləcəyi barədə qərar qəbul edildiyi qeyd edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla birgə verdiyi bəyanat zamanı Türkmənistan, Türkiyə və Azərbaycan arasında Xarici İşlər nazirləri səviyyəsində üçtərəfli müzakirələr mexanizmi olduğunu xatırladıb.
Danışıqların gedişatında türkmən qazının Türkiyəyə nəql etmə məsələsi üzrə müzakirələr aparılıb. Prezidentlərin birgə bəyanatına görə, hazırda energetika nazirləri bu əməkdaşlığın detallarını müzakirə edirlər. Razılıq əldə olunandan sonra Türkmənistan qazı TANAP vasitəsilə Avropa bazarlarına çıxarılacaq.
Qeyd edək ki, Türkiyə prezidentinin ötən ilin noyabr ayında Aşqabada rəsmi səfəri olub. Həmin səfər zamanı Türkiyə və Türkmənistan arasında illik 16 milyard kubmetr türkmən qazının alqı-satqısı haqqında saziş imzalanıb. Bu qazın Avropaya nəqli üçün Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək transxəzər qaz kəməri TANAP-a qoşulmalıdır.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)