Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) “Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq edib

Yanvar 27
15:41 2015

“Sələf Xəbər” President.az-a istinadən bildirir ki, Prezident İlham Əliyev (Allah onu qorusun) “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Gənclər və İdman Nazirliyinə Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etmək, Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

 Sələf Xəbər: “Bu ümmətin gələcək nəsilləri bu ümmətin birinci nəslinin getdiyi yolu tərk etsə heç vaxt müvəffəqiyyət qazanmayacaq”. (“əş-Şifə” 2/676) İmam Malik

Digər xəbərlər