Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun): Azərbaycan hər zaman terrorizmə qarşı mübarizədə fəal iştirak edib

Yanvar 24
16:57 2015

Yanvarın 23-də Davosda dünyanın iqtisadi liderlərinin qeyri-formal toplantısı keçirilib.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, “Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qorusun) iştirak edib.

Dövlətimizin başçısı çıxışında beynəlxalq aləmdə təzahür edən terror hallarına toxunub. Terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışıb. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktının həyata keçirildiyini, nəticədə, 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu vurğulayıb.

Dövlətimizin başçısı onu da bildirib ki, Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib və antiterror koalisiyasının fəal üzvlərindən olub.

Yanvarın 23-də Prezident İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başa çatıb.

 Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.” (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər