Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) “Boeing-787-8” təyyarəsinə baxış keçirib – FOTO

Yanvar 03
15:01 2015

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus yeni gətirilən “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsi ilə tanış olublar.

“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, “AZAL” QSC-nin prezidenti Cahangir Əsgərov dövlət başçısına yeni təyyarə barədə məlumat verib.

Bildirilib ki, son texniki nailiyyətləri özündə birləşdirən “Arzular layneri” daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Ən yeni texnologiyaların tətbiq edilməsi nəticəsində isə təyyarədə yüksək mənfəətli istismar, yanacağa qənaət və sərnişinlər üçün rahat şərait var. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Onun çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı digərlərindən çoxdur və 20% az yanacaq sərf edir. Geniş gövdəli bu təyyarə 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən bu layner birbaşa 15,7 min kilometr məsafə qət edə bilir.

Dreamliner bu göstəricilərə görə hazırkı sərnişin təyyarələri arasında liderdir. Laynerin sərnişin salonunda üç növ oturacaq və onlara uyğun fərqli xidmət sinifləri mövcuddur. Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub. Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yay mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.

Qeyd edək ki, avialayner MDB məkanında və bir sıra Şərq ölkələri arasında ilk dəfə Azərbaycana gətirilib.

🌎

38005

🌎
38008
🌎
38007
🌎
38001

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.

Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin, xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar.”

Digər xəbərlər