İlham Əliyev (Allah onu qorusun) “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasında iştirak edib
827 dəfə baxılıb
“Sələf Xəbər” Bakupost-a istinadən xəbər verir ki, Səngəçal terminalında Cənub Qaz dəhlizinin təməli atılıb.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qorusun), Bolqarıstan prezidenti Rosen Plevneliev, Yunanıstanın baş naziri Antonis Samaras, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Monteneqronun baş naziri Milo Cukanoviç, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio Deviçenti, BP şirkətinin icraçı direktoru Robert Dadli və digər rəsmi şəxslər, şirkət nümayəndələri iştirak ediblər.
İlk borunun üzərində Cənub Qaz dəhlizinin keçəcəyi ölkələrin, eləcə də ARDNŞ və BP-nin bayraqlarının əksi olub. Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev, daha sonra isə digər ölkələrin dövlət və hökumət rəsmiləri, ARDRŞ və BP prezidentləri bayraq əkslərinin aşağısından imza atıblar. Borunun qarşısında xatirə şəkli çəkdirildikdən sonra ilk boru xəndəyə döşənərək Cənub Qaz Dəhlizinin təməli atılıb.
Prezident İlham Əliyev çıxışında deyib ki, bu layihə Avropanın enerji xəritəsini dəyişəcək: “Bu layihənin Azərbaycan üçün faydası var. Kəmər qaz resurslarımızı dünya bazarına çıxarmağa imkan verəcək. Bu layihə ilə tranzit ölkələrə yeni imkan yaranır, istehlakçı ölkələr yeni mənbə əldə edir. Əslində bu, yeni əsrin layihəsidir. Ən azı 100 il ərzində layihə iştirakçısı olan bütün ölkələr fayda götürəcəklər”.
20 il əvvəl “Əsrin müqaviləsi”nin imzalandığını, daha sonra Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkildiyini xatırladan prezident İlham Əliyev deyib ki, bu gün yeni komanda yeni layihənin əsasını qoyur: “Burada uduzan tərəf yoxdur”.
“Sizə verilən nemətlərin hamısı Allahdandır”
Müqəddəs Quran, “Nəhl” surəsi, 53-cü ayə