Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) dünyanın ən nüfuzlu müsəlmanlarından biridir

Oktyabr 07
14:28 2014

“Sələf Xəbər” haqqin.az saytına istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) dünyanın 500 ən nüfuzlu müsəlmanlarının siyahısına daxil edilib.

Adı çəkilən siyahını Ammandakı Kral İslam Strateji Araşdırmaları Mərkəzi tərtib edib. Siyahıya Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləziz başçılıq edir.

İkinci yeri isə Misirin ən mötədil din xadimlərindən biri olan şeyx Əhməd Məhəmməd əl-Tayyib tutub.

Siyahıda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədov, Çeçenistan prezidenti Ramzan Kadırov, Tatarıstan prezidenti – Rustam Minnixanov, həmçinin Özbəkistan müftisi Usman Alimovun da adları var.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq hər il, dünyanın ən nüfuzlu 500 müsəlmanının adı şahzadə əl-Valid bin-Təlal adına Cocrctaun Müsəlman-Xristian Qarşılıqlı Anlaşması Mərkəzinin dəstəyi ilə Ammandakı Kral İslam Strateji Araşdırmaları Mərkəzi tərəfindən tərtib edilir.

“Sizə verilən nemətlərin hamısı Allahdandır”

Müqəddəs Quran, “Nəhl” surəsi, 53-cü ayə

Digər xəbərlər