Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) Əfqanıstanın səfirini qəbul edib

Dekabr 20
20:30 2014

“Sələf Xəbər” President.az-a istinadən bildirir ki, Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Təqi Xəlilinin etimadnaməsini qəbul edib.

Səfir Məhəmməd Təqi Xəlili Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin bu yaxınlarda ölkəmizə səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev (Allah onu qorusun) səfər zamanı ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün əsas sahələrin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığını dedi və bu əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.”

Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə

Digər xəbərlər