İlham Əliyev (Allah onu qorusun) İndoneziya Prezidentinə başsağlığı verdi
Yanvar 01
15:36
2015
812 dəfə baxılıb
“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.
Başsağlığında deyilir: ““AirAsia” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni sarsıtdı.
Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)