Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) Konqres iştirakçılarına müraciət edib

May 16
20:09 2015

Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresinin iştirakçılarına müraciət edib.

“Sələf Xəbər” Oxu.Az-a ist məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli konqres iştirakçıları! Sizi – müxtəlif ölkələrdən “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresinə gəlmiş alimləri səmimi qəlbdən salamlayır və insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirəm. Ümidvaram ki, kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında artıq özünəməxsus yeri olan ənənəvi Bakı konqresi müasir təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqinə layiqli töhfəsini verəcəkdir.

Ölkəmizdə davamlı surətdə gerçəkləşdirilən sosial yönümlü siyasət ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və ən yeni texnologiyalara uyğun müalicəsini prioritet istiqamətlərdən biri olaraq müəyyən etmişdir. İnkişaf strategiyamıza uyğun şəkildə paytaxt və regionlarda günün tələblərinə cavab verən xəstəxanaların, xüsusi ixtisaslaşmış mərkəzlərin yaradılması əhaliyə kardiologiyanın nailiyyətlərindən lazımınca faydalanmaq imkanı verir. Ürək-damar cərrahiyyəsi üçün tələb olunan yüksəkixtisaslı kadr hazırlığı problemi həm ölkə daxilində, həm də Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı çərçivəsində həllini tapmaqdadır. Əminəm ki, müasir kardiologiya sahəsinin aktual problemlərinin konqresdə aparılacaq birgə geniş müzakirəsi Azərbaycanın səhiyyə sisteminin təkmilləşdirilməsi baxımından da önəmli olacaqdır.

Sağlamlığın rəhni olan və fəal həyat tərzi təbliğ edən idman da təbabət kimi həmişə insan resurslarının keşiyində dayanır, ölkələrin və xalqların uğurlu əməkdaşlığına, qarşılıqlı anlaşmasına xidmət göstərir.

Hamınıza cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram”.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət- sağlamlıq bə boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)

Digər xəbərlər