İlham Əliyev (Allah onu qorusun) korrupsiya haqqında
1. 876 dəfə baxılıb
“Təəssüflər olsun ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır. Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir”.
Bizimxeber.az xəbər verir ki, bu “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda səsləndirilən prezident İlham Əliyevin (Allah onu qorusun) müraciətində qeyd edilib. Konfrans Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə başlayıb. Müraciəti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub. Dövlət başçısının müraciətində qeyd edilib ki, Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli dövlət qurulub, şəffaf ictimai münasibətlər sistemi formalaşıb.
Onun sözlərinə görə, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət institutlarının tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir. “Azərbaycan mayın 14-dən Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Ölkəmiz sədr olduğu dövrdə korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş və üzv ölkələrin qarşılaşdıqları problemlərlə ciddi şəkildə məşğul olmaq niyyətindədir. Əminəm ki, korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə xidmət edən bukonfrans fəaliyyətimizin daim əlaqəli təşkilinə və əməkdaşlığımızın genişlənməsinə töhfə verəcək”.
Sələf Xəbər: Xatırladaq ki, rüşvətxorluq böyük günahlardan biridir, hansını ki, Uca Allah Quranda yada salır: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 188-ci ayə).
Peyğəmbər (Allahin ona salat ve salamı olsun): “Allah rüşvət alanada, verənədə lənət etmişdir.” (ibn Məca,2313. Əlbani bu hədisin səhih olduğunu təsdiqləmişdir).