Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) Pakistan və Əfqanıstan prezidentlərinə başsağlığı verib

Oktyabr 28
13:32 2015

Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib.

“Sələf Xəbər”in President.az-a istinadən məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!”

Azərbaycan prezidenti, həmçinin əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

“Hörmətli cənab prezident, ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!”, – deyə dövlət başçısının məktubunda deyilir.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə, o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um”. (Buxari)

Digər xəbərlər