Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun): “Səudiyyə Ərəbistanı Krallığı kimi bir ölkə Ermənistanla heç bir diplomatik əlaqələr qurmur”

Yanvar 08
19:40 2015

“Sələf Xəbər” aljazeera.net- ə istinadən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (Allah onu qorusun) Ərəb dünyasının ən məşhur xəbər kanalı olan “əl-Cəzira” kanalına verdiyi müsahibəsinin bir hissəsini sizə təqdim edirik:

Jurnalist Salam əl-Ubeydi:Cənab Prezident, icazə verin bu günkü dialoqumuzu Azərbaycanın Ərəb və İslam dünyası ilə əlaqəsindən danışmaqla bitirək.

İlham Əliyev: – Ərəb dünyası ilə bizim əlaqəmiz olduqca müsbət şəkildədir. Bu bizim xarici siyasətimizdə də mühüm bir yeri kəsb edir. Bu reallıqdan doğan nəticələr son illərdə bir neçə ərəb ölkələrində səfirliklər açmağımızdır. Bu olduqca mühüm olan bir amildir. Hansı ki, ərəb ölkələri ilə əməkdaşlığın əhəmiyyətinə dəlalət edir. Mən prezidentlik illərimdə Səudiyyə Ərəbistanı Krallığına üç dəfə səfər etmişəm. Bu səfərlərdən biri rəsmi idi.

Həmçinin, Qətər dövlətinə də rəsmi səfər etmişəm. Ərəb ölkələrinin başçıları da Azərbaycana səfər edirlər. Bizim aramızdakı əlaqələr istər İslam Konfransı Təşkilatı çərçivəsində, istərsə də ikitərəfli müstəvidə çox yaxşıdır və bu əlaqələri daha da inkişaf etdirmək niyyətimiz vardır. Azərbaycan və Ermənistan münaqişəsi çərçivəsinin həllində Azərbaycana dəstək olan Ərəb ölkələrinə öz minnətdarlığımı bildirmək istəyirəm. Ermənistanın Azərbaycan torpaqlarını zəbt etdiyinə görə, Səudiyyə Ərəbistanı Krallığı kimi bir ölkə Ermənistanla heç bir diplomatik əlaqələr qurmur və heç Ermənistanı belə tanımır. Bu mövqe qardaşlığın ən yüksək təzahürünü göstərir. Bu bizim üçün olduqca qiymətli bir işdir. Ona görə də biz xarici siyasətimizdə buna böyük əhəmiyyət veririk və bu əhəmiyyət durmadan artmaqdadır. Çünki bizi narahat edən məsələlər Ərəb dünyasını narahat edən məsələlərlə eynidir. Azərbaycanı və Ərəb dünyasını İslama olan düşmənçilik narahat edir. İslam ilə terroru bir-birinə bağlamağa cəhd etmək, İslama və müsəlmanlara xoş gəlməyən terminləri işlətmək məsələsi bizi narahat edir. Həmçinin, ittifaqa və anlaşmaya gətirib çıxarmayan, əksinə, qarşıdurmaya səbəb olan açıqlamalar və hərəkətlər hamısı bizi və Ərəb dünyasını narahat edir. Bu da aramızdakı bağlılığa kömək olan amillərdən biridir.

Bu yöndə səylərimizi gücləndirmək lazımdır. Təsadüfi deyil ki, bu ilin yayında Xarici İşlər və Turizm Nazirlikləri müstəvisində biz İslam Konfransı Təşkilatının çərçivəsində iki böyük konfransı Bakıda keçirtməyə addım atdıq. Bu bizim İslam aləmi ilə köməkləşməyimizə olan bir nümunədir. Digər bir cəhətdən də Azərbaycana gələrək ölkəmizdə baş verənlərlə yaxından tanış olmalarına görə İslam dövlətlərinin böyük məsul şəxsləri üçün əlverişli fürsət vardır. Ona görə də inanıram ki, gələcəkdə biz öz tərəfimizdən bu əlaqələri gücləndirmək üçün əlimizdən gələni edəcəyik. Çünki bu əlaqələrimiz dərin tarixə malikdir. Xalqlarımız arasında bir çox müştərək məsələlər də vardır. Bunlara əlavə olaraq, bizim iqtisadi maraqlarımız da üst-üstə düşür.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)

Digər xəbərlər