İlham Əliyev (Allah onu qorusun) sürücüləri yol polisinə çağırmağı qadağan etdi
1. 686 dəfə baxılıb
“Sələf Xəbər” virtualaz.org saytına istinadən xəbər verir ki, mayın 26-da prezident İlham Əliyev (Allah onu qorusun) İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Yeni məcəlləyə əsasən, sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilib. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılıb. 20 cərimə balı toplandıqda sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq. Əvvəlki məcəllədə sürücülük hüququ 2 aydan 1 ilədək məhdudlaşdırılırdı.
Bundan sonra qayda pozan sürücünün DYP orqanına çağırılması qadağandır – yeni məcəllə bunu tələb edir.
Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2 faizdən 1 faizə endirilir. Eyni zamanda cəriməni ödəyərkən 10 faizlik güzəştdən istifadə müddəti 5 gün hesablanır. Əvvəllər isə bu müddət üç gün idi.