Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) Türkiyəyə gedir

Mart 14
14:48 2015

Azərbaycan Prezidenti İlham Əliyevin (Allah onu qüvvətləndirsin) və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qars səfəri öncəsi şəhərin küçələri iki ölkənin bayraqları ilə bəzədilib.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, prezidentlər Qarsda Azərbaycan tərəfindən həyata keçirilən Heydər Əliyev adına Anadolu Liseyi ilə TANAP layihəsinin təməlqoyma mərasimlərində iştirak edəcək. Mərasimlərdə dövlət başçıları ilə yanaşı hər iki ölkədən çox saylı dövlət və hökümət nümayəndələrin də iştirak edəcəyi gözlənilir.

Prezidentlərin səfəri ilə bağlı açıqlama verən Qars valisi Günay Özdemir TANAP lahiyəsinin təməlqoyma mərasiminin bölgə üçün əhəmiyyətli olacağını deyib.

Qeyd edək ki, Qarsda TANAP-ın təməlqoyma mərasiminin martın 17-də keçiriləcəyi bildirilir.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik.
Amin!

Digər xəbərlər