Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin) 2015-ci ildə “Dünyada ilin adamı” seçilib

May 25
15:11 2016

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) 2015-ci ildə “Dünyada ilin adamı” seçilib.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, “XXI əsrin layihəsi” olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, ona göstərilən etimadı tam doğruldub və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə edib. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib.

Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla, Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib.

Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Artıq Bakı şəhəri dünyanın ən müxtəlif ölkələrini təmsil edən nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu mərkəz statusu qazanıb.

Cəmi 20 ildən bir az artıq müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar, hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Etiraf edilməlidir ki, bütün bu nailiyyətlər bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

Göstərilən amilləri nəzərə alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək “The Business Year” şirkəti İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib.

Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)

“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər