İlham Əliyev (Allah onu qüvvətləndirsin) Astarada avtomobil yolunun açılışında iştirak edib
723 dəfə baxılıb
Prezident İlham Əliyev Astarada Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edib.
“Sələf Xəbər”in President.az-a istinadən xəbərinə görə, məlumat verilib ki, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyev 2013-cü ildə müvafiq Sərəncam imzalayıb və Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılıb. Ötən il dövlətimizin başçısının imzaladığı digər Sərəncamla 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı bu yolun inşasına yönəldilib.
Tikintisinə 2013-cü ildə başlanan avtomobil yolunda işlər artıq başa çatıb. Uzunluğu 21 kilometr olan bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.