Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Bəzi məmurlar sahibkarların işini çətinliyə salırlar”

Aprel 13
17:03 2016

Dövlət başçısı cəza tədbirlərinin istədiyimiz effekti vermədiyini deyib.

“Bürokratiya korrupsiyaya bağlıdır, çünki bəzi dövlət məmurları nəyisə əldə etmək üçün bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar. Onlar bunu öz maraqlarını təmin etmək üçün edirlər”.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bunu ötən gün Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edən prezident İlham Əliyev (Allah onu qüvvətləndirsin) deyib.

Prezident elektron hökumət məsələsindən danışıb. O, nümunəni də göstərib – “ASAN xidmət”. Onun sözlərinə görə, iki il ərzində oraya 7 milyon müraciət olunub və bu rəqəm böyük ehtimalla artıb. “Bu, dövlət qulluğunda bir inqilab oldu. Əvvəllər onlar bunun mümkün olmasına inanmırdılar. Yəni adamlar üçün almaq istədiklərini hər hansı tələb olmadan əldə etmələri mümkün oldu.

Hazırda isə məqsəd həmin fəaliyyəti genişləndirməkdir. Hazırda rayonlarda iki mərkəz tikilmək üzrədir. Həmçinin orada göstərilən xidmətlərin sayı da artacaq. Biz daha çox xidmət növlərini əlavə edəcəyik”.

Prezident deyib ki, ASAN hər yerdə olacaq və ASAN şəffaflıq, mədəniyyət, xidmət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir. “Ölkəmizdə biz məhz bunlara nail olmalıyıq ki, insanlar rahat həyat sürsünlər. İnsanlar nə istəyirlər? Onlar öz hüquqlarının təmin edilməsini arzulayırlar. Onlar hər hansı qeyri-qanuni yanaşmaya məruz qalmalı deyillər. Buna görə, ASAN genişlənəcək və ola bilsin, siz daha hansı xidmətlərin oraya əlavə edilməsi ilə bağlı məsləhətlər verə bilərsiniz. Bu, artıq bizim brendimizdir – Made in Azerbaijan. Şadam ki, artıq əqli məhsullarla da fəxr edə bilərik”.

Dövlət başçısı korrupsiyanın üzləşdiyimiz ciddi problemlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, islahatlar korrupsiyanın nəzərəçarpan dərəcədə azaldılmasına yönəldilib. Əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir. Onların müvəqqəti təsiri var, çünki vaxt keçir və digər insanlar gəlir. “Bu, yenə də təkrarlanır. Biz nə etməliyik? Bunun üçün təsisati tədbirlərlə şəraiti daraltmalıyıq ki, bu, mümkün olmasın. ASAN xidmətdəki kimi, digər sektorlarda da etməliyik. Buna görə, korrupsiyaya qarşı mübarizə davam edəcək və biz imkanları daraldacağıq. Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq. Həmçinin bunun bir hissəsi olan bürokratiyaya da qarşı gedəcəyik”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”. (Qurani-Kərim, “Təkasur” surəsi, 8-ci ayə)

Digər xəbərlər