Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir”

Fevral 29
16:51 2016

“Bu toplantıda ötən illər ərzində görülən işlərə yekun vurulacaq, qarşıda duran işlərə baxılacaq. Ötən ilki toplantıdan sonra layihə iştirakçıları arasında əlaqələndirmə işləri yüksək səviyyədə, uğurla aparılıb”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) bunu Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında deyib.

Dövlət başçısı bildirib ki, 2015-ci ildə TANAP kəmərinin təməli qoyulub: “Bu layihə Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi layihəsi barədə danışdıqda biz anlayırıq ki, bu, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resurslarının şaxələndirilməsi istənilən ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir.

Zəngin təbii resursları olan ölkələr enerji baxımından təhlükəsiz vəziyyətdədir. Çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin eyni zamanda bu ölkələrin bazarlara ehtiyacı var. Hasilatçılara qanunvericiliklə tənzimlənən uzun perspektivli bazarlar lazımdır. Biz Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində hasilatçılar, tranzit ölkələr, eyni zamanda istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Hesab edirəm ki, gələn 2-3 il ərzində planlarımızın uğurla həyata keçirilməsi bu layihənin gələcək üçün çox yaxşı potensialı olduğunu göstərəcək”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)

Digər xəbərlər