İlham Əliyev (Allah onu qüvvətləndirsin) “DQR” nümayəndəsinin danışıqlarda iştirakına imkan vermədi
728 dəfə baxılıb
Azərbaycan Prezidenti (Allah onu qüvvətləndirsin) şərt qoyub.
Dağlıq Qarabağda yaradılan separatçı rejimin nümayəndəsi iki gün bundan öncə Vyanda baş tutan görüşdə iştirak etməyib, çünki Azərbaycan tərəfi bunu istəməyib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşdə Ermənistanın iqtidar partiyasının deputatı Artak Davtyan bildirib.
Deputat qeyd edib ki, erməni tərəfi Qarabağın danışıqlar tərəfinin olmasını istəyir. Amma Azərbaycan Prezidenti İlham Əliyevin qoyduğu şərtə görə, separatçıların nümayəndəsi danışıqlarda iştirak etməyib.
Davtyanın sözlərinə görə, Vyanada görüşün baş tutması üçün Bakının fikirini nəzərə almaq lazım idi.
“Əgər Bakının fikiri nəzərə alınmasaydı, görüş baş tutmayacaqdı, bu barədə əvvəlcədən bildirilmişdi”, – deyə Davtyan bəyan edib.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (Qurani-Kərim “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi vəhylərdir ki, ona onları açıq təbliğ etməyi buyurmuşdur. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)