İlham Əliyev (Allah onu qüvvətləndirsin) Əhməd Davudoğlu ilə görüşüb
715 dəfə baxılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (Allah onu qüvvətləndirsin) yanvarın 20-də Davosda Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşü olub.
“Sələf Xəbər” President.az-a istinadən məlumat verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulanıb.
Baş nazir Əhməd Davudoğlu dövlətimizin başçısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını çatdırıb.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirib, onun da salamının Prezident Rəcəb Tayyib Ərdoğana çatdırılmasını xahiş edib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar”. (Qurani-Kərim, “Hucurat” surəsi, 10-cu ayə)
Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!