İlham Əliyev (Allah onu qüvvətləndirsin) Əhməd Davudoğlu ilə görüşüb – FOTO
![](http://selefxeber.az/wp-content/uploads/2015/01/38181-680x355.jpg)
768 dəfə baxılıb
Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunuldu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulandı. Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirildi. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
![38180](https://i1.wp.com/selefxeber.az/wp-content/uploads/2015/01/38180.jpg?resize=533%2C426)
![38181](https://i2.wp.com/selefxeber.az/wp-content/uploads/2015/01/38181.jpg?resize=456%2C426)
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)